15 aprel 2026 11:20
152

Banklardakı əmanətlərin 69 faizdən çoxu milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 2026-cı il mart ayının 1-nə milli valyuta ekvivalentində 17 milyard 209,3 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, əmanətlərin 69,4 faizi milli, 30,6 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 7,4 faiz artıb.