Mərkəzi Bank “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC-ni inzibati məsuliyyətə cəlb edib.
"İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib