15 aprel 2026 22:00
109

Bu ilin I rübündə qatarla daşınan qida məhsullarının həcmi artıb

Bu ilin mart ayında qatarla 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edilib ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.