17 aprel 2026 20:02
101

”Parabadminton Günü” keçirildi

Aprelin 17-də Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunub. “İki sahil” xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandamızın parabadmintonçuları iştirak ediblər.

Əlilliyi olan yeniyetmə və gənclər üçün təşkil olunan tədbir çərçivəsində iştirakçılar parabadminton idman növü ilə ilk dəfə tanış olub, bu idman növünün qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə nəzəri biliklər əldə ediblər. Daha sonra onlar məşqçilərin rəhbərliyi ilə praktiki məşqlərdə iştirak edərək parabadmintonu sınaqdan keçirmək imkanı qazanıblar.

Tədbirin əsas məqsədi parabadmintonun ölkəmizdə təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüziv idman mühitinin təşviqi və yeni idman istedadlarının üzə çıxarılmasıdır.