18 aprel 2026 02:02
193

İsrail ilə danışıqlar zəiflik əlaməti deyil - Livan prezidenti xalqa müraciət etdi

"İsrail ilə danışıqlar zəiflik əlaməti, geri çəkilmə və Livanın öz hüquqlarından imtina etməsi anlamına gəlmir".

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Cozef Aun xalqa müraciətində bildirib.

"Biz atəşkəs üzərində işləməkdən xalqımızın hüquqlarını, torpağımızın birliyini və millətimizin suverenliyini qoruyacaq daimi sazişlər üzərində işləməyə keçidin yeni mərhələsi qarşısındayıq", - deyə prezident bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi yarım əsrdən sonra ilk dəfə Livana qərar qəbul etmək və müstəqil şəkildə danışıqlar aparmaq hüququnu qaytarıb.

Xatırladaq ki, cümə günü Bakı vaxtı ilə saat 01:00-da Livanda İsrail ilə 10 günlük atəşkəs rejimi qüvvəyə minib. Bu barədə razılıq Prezident Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə əldə olunub.