Dünya bir çox hallarda “ikili standartlar” deyilən hallardan qaça bilməyib. Bəzi şəraitlərdə qəbul olunan yanaşmalar başqa hallarda qəbul edilməyib, halbuki biz universal qaydalar tətbiq olunduğunu iddia edirik.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini Ramiz Ələkbərov V Antalya Diplomatiya Forumu çərçivəsində “İmkanlar rədd edildi: Humanitar yardım fəaliyyətlərində süni maneələri aşmaq” mövzusunda keçirilən paneldə çıxışı zamanı bildirib.
O, deyib: “Bu uğursuzluqların qarşısını ala bilməməyimizin əsas səbəbi sistemli şəkildə siyasi ölçüyə bağlıdır. Bu siyasi ölçü isə BMT Təhlükəsizlik Şurasının islahatından, ümumilikdə siyasi sistemin yenilənməsindən, qlobal nizamın və təhlükəsizliyin necə qorunmasına yenidən baxılmasından başlamalıdır. Təəssüf ki, bu istiqamətdə irəliləyiş yoxdur”.