19 aprel 2026 14:06
124

Londonda iki sinaqoqa hücum olub

London şəhərinin şimal-qərbində yerləşən sinaqoqa hücum edilib, binanı yandırmağa çalışıblar. Bu, son iki gün ərzində qeydə alınan ikinci cinayət cəhdidir.

“İki sahil” xəbər verir ki,  Sky news-in məlumatına görə, təhlükəsizlik orqanları bildirib ki, gecə saatlarında Kenton United Synagogue ərazisinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Baş ravvin hücumu “qorxaqcasına” adlandırıb və bildirib ki, “Birləşmiş Krallıqda yəhudi icmasına qarşı zorakılıq və qorxu yaratmağa yönəlmiş davamlı kampaniya güclənməkdədir.”

Qeyd edək ki, bir gün əvvəl Londonun şimal-qərbində yəhudi xeyriyyə təşkilatına məxsus olan binaya da hücum edilib.

Son hadisə zamanı binanın otaqlardan birində tüstülənmə olub, lakin xəsarət alan olmayıb və ciddi struktur ziyanı baş verməyib. (APA)