19 aprel 2026 23:45
107

Samoa sahillərində güclü zəlzələ baş verib

Sakit Okeanın Samoa sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanlar Samoanın paytaxtı Apiadan 246 km cənub-qərbdə qeydə alınıb, ocağı 36 km dərinlikdə baş verib.

Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.