ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri təxminən 50 günlük aktiv döyüş əməliyyatlarında 56,1 milyard dolları keçib.
“İki sahil” xəbər verir ki, bunu "Iran War Cost Tracker" portalının məlumatları göstərir.
Real vaxt rejimində izləmə resursu Pentaqonun 10 martda ABŞ Konqresi üçün keçirdiyi brifinqdən əldə edilən məlumatlara əsaslanır. Brifinq zamanı bildirilib ki, Vaşinqton Yaxın Şərqdəki döyüş əməliyyatlarının ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin sonrakı hər günü üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır.
Qeyd olunur ki, bu rəqəmə qoşunların köçürülməsi və hərbi texnikanın bərpası kimi müəyyən xərc maddələri daxil olmaya bilər. Buna görə də faktiki xərclər xeyli yüksək ola bilər.