"İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış “Türk İqtisadi İcmalı”na istinadla xəbər verir ki, Orta Dəhliz üzrə yükdaşımaların artması fonunda Azərbaycanın tranzit potensialı əhəmiyyətli dərəcədə genişlənib.
Hesabatda qeyd olunur ki, Bakı limanı vasitəsilə konteyner daşımalarında artım qeydə alınıb və ölkə Çin–Avropa marşrutlarında əsas logistika qovşaqlarından birinə çevrilib. Eyni zamanda, Azərbaycanın qeyri-neft sənayesi 4.1 faiz artım nümayiş etdirərək iqtisadi şaxələndirməyə töhfə verib.
Enerji sahəsində isə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi çıxış edir və regionda həyata keçirilən yaşıl enerji layihələrində də fəal iştirak edir.
Orxan Vahidoğlu