20 aprel 2026 17:39
128

Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək

Azərbaycanlı karateçi Ülvi Məmmədov Şotokan karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. “İki sahil” xəbər verir ki, yarış Türkiyənin İstanbul şəhərində 24-26 aprel 2026-cı il tarixlərində təşkil olunacaq. Ülvi Məmmədov böyüklər arasında +84 kq çəki dərəcəsində tatamiyə çıxacaq. Qeyd edək ki, Ülvi Məmmədov son dövrlərdə uğurlu çıxışları ilə seçilən idmançılar sırasındadır. Azərbaycan nümayəndə heyətinin tərkibində digər komanda üzvləri də yer alacaq və onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.

Hazırda komandamız yarışa hazırlıq prosesini davam etdirir.