20 aprel 2026 21:20
122

Çempionat matçı ləğv edildi

Paraqvayın paytaxtı Asunsionda "Olimpiya" və "Serro Portenyo" komandaları arasında keçirilməli olan çempionat matçı ləğv edilib.

“İki sahil” xəbər verir ki, buna azarkeşlər və polis arasında baş verən şiddətli toqquşmalar səbəb olub.

Məlumata görə, hadisə "Serro Portenyo" azarkeşlərinin bir qismi tərəfindən törədilib və bu səbəbdən təhlükəsizlik məqsədilə oyun təxirə salınıb:

"Bu hadisələrə cavab olaraq polis əməkdaşları asayişi bərpa etmək və iştirakçıların təhlükəsizliyini təmin etmək üçün dərhal hərəkətə keçiblər. Təqsirkarlar layiqli cəzalarını almaları üçün Prokurorluğa təhvil veriləcək və onların idman tədbirlərində iştirakına qadağa qoyulacaq".