20 aprel 2026 21:34
120

İraq 10 ildən sonra Suriya ilə sərhəd keçid məntəqəsini açıb

İraq hakimiyyəti 10 ildən sonra Suriya ilə sərhəddəki Rabiə–Til Koçer sərhəd keçid məntəqəsini açıb.

“İki sahil” "The Guardian"a istinadən xəbər verir ki, bu barədə sərhəd xidmətlərinin nümayəndələri məlumat yayıb.

Qeyd olunub ki, bu qərar ABŞ və İsrailin İranla münaqişəsindən sonra Fars körfəzində dəniz daşımalarında yaranan fasilələr fonunda mazutun quru yolu ilə tədarükünün sürətləndirilməsinə və transsərhəd ticarətin bərpasına yönəlib.

Keçid məntəqəsi şimaldakı Nineviya əyalətində yerləşir və Suriyaya yük avtomobilləri ilə yanacaq daşınmasını həyata keçirməyə imkan verəcək. Bundan əlavə, kommersiya yüklərinin hərəkəti bərpa olunur.

İraqın Sərhəd Keçidləri Komissiyasının rəhbəri Ömər əl-Vaili qeyd edib ki, sərhəd keçid məntəqəsinin açılması yük maşınlarının sayının artırılması hesabına Suriyaya yanacaq tədarükü üzrə yükü azaltmağa imkan verəcək. Hazırda karvanların əsas hissəsi İraqın qərbində yerləşən və indiyədək yeganə fəaliyyət göstərən buraxılış məntəqəsi olaraq qalan Əl-Valid keçidində toplanır.