Hörmüz boğazında ticarət gəmilərinə endirilən son zərbələrin konkret hədəfi Fransa donanması olmayıb.
“İki sahil” "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, boğazdan keçən gəmilərə, o cümlədən Fransanın "CMA CGM" şirkətinin konteyner gəmisinə açılan atəş Fransaya qarşı yönəlməyib. Şirkətin məlumatına görə, atəş xəbərdarlıq xarakteri daşıyıb və gəminin heyəti xəsarət almayıb.
Makron həmçinin bildirib ki, regiondakı son hadisələr gərginliyin dərhal azaldılmasının və diplomatik dialoqa qayıtmağın zəruriliyini göstərir.
Avropa komissarı: Rusiya mərmi istehsalına görə bütün Aİ ölkələrindən iki dəfə böyükdür
Belçika Ermənistan və Azərbaycan arasında sülhün tezliklə imzalanacağına ümid edir
Avropa Komissiyası 1978-ci ildə Suriya ilə imzalanmış əməkdaşlıq sazişinin bərpasını təklif edib