Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşdə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dost və qardaş ölkə olaraq, xüsusilə ədliyyə sahəsində əməkdaşlığı sahəsində birgə fəaliyyətimizi və bölgəmizdəki son prosesləri müzakirə etdik. "Bir millət, iki dövlət" anlayışı ilə qurumlarımız arasında səmimiyyət və qardaşlıq əsasında əməkdaşlığı daha da gücləndirməyə davam edəcəyik", - nazir yazıb.
Milli Məclisin deputatı: Qarabağ və Şərqi Zəngəzurda müasir və təhlükəsiz şəhər mühiti formalaşdırılır
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb