UEFA "Befika"nin futbolçusu Canluka Pestianini cəzalandırıb.
“İki sahil” xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"la matçında etdikləri olub.
UEFA-nın yaydığı məlumata görə, 20 yaşlı argentinalı oyunçu matç zamanı Madrid təmsilçisinin qanad oyunçusu Vinisius Juniora qarşı ayrı-seçkilik və homofob ifadələr işlədib. Buna görə də Pestianı 6 oyunluq cəza alıb. Bu cəza yalnız avrokuboklardakı oyunlara şamil ediləcək.
Qeyd olunur ki, üç oyunluq cəza şərti xarakter daşıyır. Əgər Pestianı növbəti 2 il ərzində intizam qaydalarını pozmazsa, cəza ləğv edilə bilər.
UEFA həmçinin FİFA-dan qadağanı təşkilatın himayəsi altında keçirilən turnirlərə də şamil etməsini istəyib. Bu tələb təmin olunarsa, Prestianni beynəlxalq oyunları, o cümlədən 2026-cı il dünya kubokunda Argentina millisinin matçlarını buraxmaq riski ilə üzləşib.