25 aprel 2026 09:05
123

ABŞ Rusiya neftinin alınmasına icazəni uzatmağı planlaşdırmır

ABŞ administrasiyası ölkələrə Rusiya neftini almağa imkan verən lisenziyanın müddətini uzatmağı planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Associated Press” agentliyinə müsahibəsində bildirib.

“Düşünmürəm ki, bunu bir daha uzadaq. Hesab edirəm ki, artıq tankerlərdə olan Rusiya neftinin böyük hissəsi satılıb”, – deyə o qeyd edib.

Bessent əlavə edib ki, ABŞ İran neftinin alınması üçün də oxşar icazə vermək niyyətində deyil.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Maliyyə Nazirliyi Rusiya və İran arasında, sanksiya riskləri olmadan, məhdud çərçivədə neft ticarətinə imkan verən müvəqqəti lisenziya təqdim etmişdi. Bu addım ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda neft qiymətlərində kəskin artımın qarşısını almaq məqsədi daşıyırdı.

Aprelin əvvəlində Skott Bessent belə bir uzadılmanın planlaşdırılmadığını bildirsə də, sonradan tərəfdaş ölkələrin tələbi ilə ümumi lisenziyanın müddəti qısa müddətə uzadılmışdı.