“AzerGold” QSC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.
“İki sahil” xəbər verir ki, infoturun məqsədi Gəncə-Daşkəsən regionunu təmsil edən könüllülərin ölkədə qiymətli metalların hasilatı və emalı prosesi ilə tanışlığını təmin etmək, eyni zamanda “AzerGold”un fəaliyyəti barədə məlumatlılıq səviyyəsini artırmaq olub. Səfər zamanı əvvəlcə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə müəssisə daxilində əməyin təhlükəsizlik qaydaları izah olunub, fərdi mühafizə vasitələri təqdim edilib. Daha sonra könüllülər “Çovdar” qızıl mədəni, Çəndə qələviləşdirmə texnologiyası əsasında fəaliyyət göstərən Çəndə Qələviləşdirmə Zavodu, eləcə də Topa qələviləşdirmə texnologiyası əsasında mövcud istehsalat infrastrukturu ilə yaxından tanış olublar.
Tanışlıq səfəri zamanı könüllüləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “AzerGold” tərəfindən ÇİRES-də həyata keçirilən hasilat və istehsalat prosesi ilə ictimaiyyət nümayəndələrinin mütəmadi tanışlığı məqsədi ilə maarifləndirmə xarakterli infoturların təşkili bundan sonra da davam etdiriləcək.
YAP Nizami rayon təşkilatının fəalları, gəncləri və könüllüləri Qarabağa səfər ediblər
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Ortaq əlifbanın tətbiqi türk xalqları arasında inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq