28 aprel 2026 11:28
96

Həftəsonu daha 4 ərazidə təmir işləri icra edilib

  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir ki, həftəsonu Rəşid Behbudov küçəsində (28 may-Ş.Bədəlbəyli küçələri arası), Səməd Vurğun küçəsində (H.Ələsgərov-A.A. Bakıxanov küçələri arası), Səməd Vurğun küçəsində (Füzuli-S.Əsgərova küçələri arası), Heydər Əliyev prospektində (Ə.Qayıbov küçəsi ilə kəsişmə - köməkçi yol) təmir işləri icra edilib. “İki sahil” xəbər verir ki, ümumilikdə təmir işləri 20 min kv.m-dən çox ərazini əhatə edib. Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar günləri icra edilib.