“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
“İki sahil” xəbər verir ki, bu gün Xocavənd kəndi 32 ailə olmaqla 135 nəfərə qucaq açıb. Yeni köçən ailələr yurda qovuşmağın sevincini yaşayıb.
Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb.
Kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş qızlar arasında voleybol yarışı keçirilib