01 may 2026 08:20
116

Aİ bu ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq

Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də ölkənin paytaxtında keçiriləcək VIII ikitərəfli sammitdə strateji tərəfdaşlıq müqaviləsi və aralıq ticarət sazişi imzalayacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin ölkə Prezidenti Klaudiya Şeynbaumla Avropa Şurasının Prezidenti Antonio Koşta arasında telefon danışığının yekununa əsasən kommünikesində bildirilib.

"Zirvə görüşünün əsas nəticələrindən biri Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq müqaviləsinin, eləcə də aralıq ticarət sazişinin imzalanması gözlənilir", - sənəddə qeyd olunur.