03 may 2026 15:56
186

Naxçıvanda “1926-cı il Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" adlı kitabın təqdimatı keçirilib

Naxçıvan şəhərində  elmi-mədəni tədbir çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin müəllifi olduğu “1926-cı il Türkoloji Qurultay tarixi zəmində arxiv sənədlərində, milli mətbuatda” adlı kitabının təqdimatı keçirilib .
“İki sahil” xəbər verir ki, tədbir Elmər Akademiyası Naxçıvan bölməsində təşkil olunub. Təqdimatda alimlər, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki,  nəşr türkoloji fikrin inkişafında mühüm mərhələ sayılan 1926-cı il Türkoloji Qurultayının tarixi əhəmiyyətini arxiv materialları və dövrün milli mətbuatı əsasında ətraflı şəkildə təqdim edir.
AMEA-nın Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, nəşrdə qurultayın tarixi konteksti, arxiv sənədləri, və mətbuat materialları ardlcılllqla təqdim olunub.
Kitabda yer alan sənədlər və araşdırmalar həmin dövrün ictimai-siyasi və elmi mühitini daha dolğun şəkildə anlamağa imkan yaradır.
Tədbir iştirakçıları müəllifin elmi fəaliyyətini yüksək qiymətləndirərək, bu cür nəşrlərin milli-mədəni irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini nəzərə çatdırıblar. 
Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və oxucuları kitabla yaxından tanış olmağa dəvət edib.