04 may 2026 21:28
140

MPL: "Qarabağ" "Turan Tovuz"a qalib gəldi

Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edib.

İki sahil” yazır ki, oyunun 50-ci dəqiqəsində Leandro Andrade hesabı açıb. 54-cü dəqiqədə isə Mateus Silva “Qarabağ”ın üstünlüyünü iki topa yüksəldib.

“Turan Tovuz”, 77-ci dəqiqədə Ayxan Hüseynovun qolu ilə fərqi minimuma endirsə də ağdamlıların qələbəsinə mane ola bilməyib.

Misli Premyer Liqası,

30-cu tur

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” 2–1 “Turan Tovuz”

Qollar: Leandro Andrade, 50 (1:0), Mateus Silva, 54 (2:0), Ayxan Hüseynov, 77 (2:1)

T.Bəhramov adına Respublika stadionu