04 may 2026 21:57
91

Ermənistanın Baş naziri regionda sülh və sabitliyin vacibliyini vurğulayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülh və sabitliyin təşviq edilməsinin vacibliyini vurğulayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Avropa Siyasi Birliyinin (ASB) sammitinin yekun konfransı zamanı bildirib.

"Mən sülh prosesləri və regional əməkdaşlıq kontekstində Azərbaycan Prezidentinin məsafədən iştirakını və Türkiyə vitse-prezidentinin iştirakını da qeyd edirəm", — deyə Paşinyan bildirib.

O vurğulayıb ki, dayanıqlı sülhə nail olmaq və münasibətlərin normallaşdırılması region üçün əsas prioritetlər olaraq qalır.

Paşinyan həmçinin əlavə edib: "Dayanıqlı sülh, münasibətlərin normallaşması və sərhədlərin açılması nəinki regiona fayda verəcək, həm də daha geniş Avropa məkanında və onun hüdudlarından kənarda əlaqəliliyi və əməkdaşlığı gücləndirəcək".