Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.
“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - məlumatda qeyd olunub.
Vüqar Rəhimzadə: Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB