05 may 2026 16:30
117

Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Nurəli Yusifbəyli Azərbaycanın əməkdar mühəndisi və əməkdar elm xadimidir. O, bundan əvvəl Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.