06 may 2026 11:45
84

FHN BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən otellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirilir.

“İki sahil” xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır.

Keçirilmiş təlimlərdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş oteldə təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.