06 may 2026 16:05
81

AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun prezidenti Raid Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı qərar qurumun iclasında qəbul edilib.

Riad Rəfiyev Premyer Liqanın XXX turunun “Kəpəz”lə matçından sonra hakimlərin otağına daxil olduğu üçün ikisi şərti olmaqla, beş oyunluq cəza alıb. Klub isə 5000 min manat ziyana düşüb.

Baş məşqçi Saşa İliç isə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 oyunu buraxacaq. “Sumqayıt” serbiyalı mütəxəssisin davranışına görə 5000 manat cərimə edilib.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.