İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı fonunda revanşist düşərgənin təşkil etdiyi aksiya ölkə mətbuatının diqqət mərkəzindədir. Ermənistan mediasına istinadən xəbər verilir ki, sammit çərçivəsində İrəvanda prezident iqamətgahı qarşısında keçirilən etiraz aksiyasında səsləndirilən çağırışlara sammit iştirakçıları heç bir reaksiya verməyiblər.
Aksiya iştirakçıları həm Ermənistanda guya siyasi motivlərlə saxlanıldığı iddia olunan cinayətkar şəxslərin, həm də Azərbaycanda erməni separatçı terrorçularının azad olunması ilə bağlı şüarlar səsləndiriblər. Lakin iqamətgahı tərk edən rəsmi şəxslər bu çağırışları cavabsız qoyublar.
Qeyd olunur ki, artıq bir neçə gündür ki, Avropa tədbirləri ilə paralel şəkildə keçirilən bu etiraz aksiyası revanşist və müxalif dairələrin təşəbbüsü ilə təşkil edilib. Ancaq revanşistlərin qüvvəsi ilə izdihamlı mitinqlərin keçirilməsi mümkün olan iş deyil. Bunda xaricdən göstərilən dəstək olmalıdır. Həmin dəstəyin haradan gəldiyi isə cəmiyyətdə heç kəsə müəmma deyil. Moskva ilə saysız-hesabsız əlaqəli olan ermənilər özlərini nə qədər gizlətməyə çalışsalar da “xoruzun quyruğu” görünür. Əslində Rusiya-Ermənistan münasibətləri getdikcə soyumaqdadır. Rəsmi İrəvan üzünü Avropaya çevirib. “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısının İrəvanda keçirilməsi Moskvanı bərk qıcıqlandırıb. Fransa prezidenti Emmanuel Makronun, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, digər nümayəndələrin Gümrüyə getmələri və orada Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında verilən konsertdə iştirak etmələri təsadüf sayıla bilməz. Bu fakt bir çox mətləblərə aydınlıq gətirir.
Xəbər verilir ki, başda Marqarita Simonyan olmaqla Kremlin nəzarətində olan media və təbliğat ruporları bu prosesi “Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə” kimi qiymətləndiriblər.
Qayıdaq əsas mövzuya. Aksiya zamanı Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan çıxış edərək hakimiyyəti kəskin tənqid edib. Bildirib ki, prezident iqamətgahında Ermənistan və Avropa İttifaqı bayraqlarının yanaşı dalğalanması zahirən müsbət görüntü yaratsa da, ölkənin suverenlik məzmununun zəiflədiyini göstərir. Aşotyan, həmçinin sammitin baş nazir Nikol Paşinyanın seçki kampaniyasının tərkib hissəsi kimi təşkil olunduğu iddia edilib. Revanşist siyasətçi aksiyanın əsas məqsədinin sammit iştirakçılarına “öz həqiqətlərini çatdırmaq” olduğunu bildirib və Ermənistanın son illərdə təhlükəsizlik və xarici siyasət sahəsində zəif mövqe tutduğunu iddia edib. Aşotyanın sözlərindən belə çıxır ki, parlamentə namizədliklərini irəli sürən Samvel Karapetyan, eks-prezident Robert Koçaryan və ya hansısa bir daşnak hakimiyyətə gələrsə ölkədə hər şey dərhal “qaydaya” düşəcək, Nikol Paşinyanın səkkiz illik sülh istəyi daşa dəyəcək, Azərbaycanla qisas müharibəsi aparılacaq. İlk növbədə Türkiyə və Azərbaycanla yaradılan əlaqələrə son qoyulacaq. Əvvəlki düşmənçilik və ərazi iddiaları davam etdiriləcək. Avantüristlərin fikrincə, Qarabağdan könüllü köçmüş erməni ailələrini zorla da olsa geri qaytarılacaqlar. Bunun hansı hərbi güclə mümkün olacağını kütbeyin Armen deyə bilmir. Çünki 44 günlük müharibədə “dəmir yumruğ”un dadını görüb.
Revanşistlər, daşnaklar və kilsə tör-töküntüsü üçün “mərkəzdən” tapşırıq belədir ki, nə olursa-olsun, təki Nikol Paşinyan hakimiyyətdən getməlidir. Təbii ki, hakimiyyət mübarizə ilə əldə saxlanır və kiməsə hakimiyyəti sinidə aparıb vermirlər. Ona görə də Nikol Paşinyan öz mübarizəsini aparmalıdır və aparır. Əlbəttə, oturub gözləməli deyil ki, bir dəstə avantürist və başıpozuq hakimiyyəti onun əlindən alsın. Başıboş və davakar revanşistlər isə belə gülünc fikirdədirlər ki, baş nazir heç bir hərəkət etməməli, onlar isə əl-qollarını sallayaraq gəlib baş kürsünü ələ keçirməlidirlər. Heç qanmaz uşaq da belə düşünməz, əlindəki tikəni başqasına verməz. Qaragüruhçu qruplar Nikol Paşinyana qalib gələ bilməyəcəklərini lap başlanğıcdan bildikləri üçün Moskvadakı ağalarının qoltuğuna sığınıblar. Çünki belələri iyli qoltuq altında yaşamağa elə öyrəşiblər ki, daha tərgidə bilmirlər. Bu, onların milli xarakterindən törəyən bir keyfiyyətsizlikdir. Onlar belə bitib belə də itəcəklər. Belə görünür ki, Ermənistan Ukrayna kimi Qərblə Rusiya arasında yeni qarşıdurma meydanına çevrilir.
Vəli İlyasov, “İki sahil”