06 may 2026 23:48
104

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

Mayın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna Prezidentləri arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib.