10 may 2026 00:14
108

Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib

Müasir Azərbaycan dövlətçiliyinin memarı, ölkənin strateji inkişaf yolunun banisi, xalqın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında yazıb.

"Dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi və inkişafı istiqamətində müstəsna xidmətlər göstərmiş Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə, daimiliyinə və dönməzliyinə hər zaman sarsılmaz inam bəsləyib. Müstəqil Azərbaycanın tərəqqisi, xalqımızın rifahı və dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik", - deyə o əlavə edib.