Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.