19 may 2026 13:29
99

Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır -

Nyu-Yorkda keçiriləcək müzakirələrdə növbəti 10 ildə atılacaq addımlar, həmçinin Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək üçün istifadə olunacaq alət və mexanizmlər müzakirə ediləcək.

“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Anaklaudia Rossbax Qlobal Şəhər Məlumatları Koalisiyasının iclası zamanı deyib.

A.Rossbax bildirib ki, qeyri-rəsmi yaşayış məntəqələri və mənzil məsələsi 10 il əvvəl Kitoda qəbul olunmuş Yeni Şəhər Gündəliyinin əsas istiqamətlərindən biridir: “Şəhərlər planlaşdırılarkən qeyri-rəsmi yaşayış məntəqələri, yəni, sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır. Bu baxımdan, Açıq İşçi Qrupu tərəfindən təsdiqlənəcək vahid tarifin hazırlanması vacibdir. Tam razılıq əldə olunmasa belə, vahid prinsiplərin müəyyən edilməsi beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edir”.

UN-Habitat rəsmisinin sözlərinə görə, birinci işçi qrupu qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələlər üzərində çalışır, ikinci işçi qrupu isə gələcəkdə tikiləcək mənzillərlə bağlı fəaliyyət göstərir: “Əsas məqsəd şəhərlərin genişlənməsinin təbiətə və cəmiyyətə təsirini ölçmək, həmçinin bu məsələyə diqqət çəkməkdir”.