21 may 2026 01:44
85

Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb

İran öz öhdəliklərini yerinə yetirib və müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb.

“İki sahil” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"Bizim tərəfimizdən bütün yollar açıq qalır", – o bildirib və əlavə edib ki, İranı təzyiq vasitəsilə təslim olmağa məcbur etmək illüziyadan başqa bir şey deyil.

Pezeşkianın sözlərinə görə, diplomatiyada qarşılıqlı hörmət müharibədən təhlükəsiz və davamlıdır.