23 may 2026 12:03
113

Yonhap: Cənubi Koreyada yüngül təyyarə qəzaya uğrayıb

Koreya Respublikasında kiçik bir təyyarə qəzaya uğrayıb, iki nəfər ağır yaralanıb.

İki sahil” yazır ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə ölkənin cənub-qərbindəki Haenam qraflığında baş verib; təyyarə meşəlik əraziyə düşüb. Göyərtədə Cheodang Universitetinin müəllimi və 20 yaşlı tələbəsi olub. Onlar xəstəxanaya aparılıblar. Polis qəzanın səbəbini araşdırır.

Chodang Universitetində pilotlar hazırlayan aviasiya şöbəsi var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”