Akmola (Qazaxıstan) vilayətinin Şuçinsk şəhərində beşmərtəbəli otelin saunasında yanğın baş verib.
“İki sahil” KazTAG-a istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, yanğın 50 kvadratmetrlik ərazidə söndürülüb və daha da yayılmasının qarşısı alınıb.
Yanğınsöndürənlər gələnə qədər iki uşaq da daxil olmaqla 24 nəfər binanın yuxarı mərtəbələrindən təxliyə edilib.
Xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”