Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.
Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib.
"Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - XİN-dən qeyd olunub.
Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi, qlobal həmrəyliyin təşviqi üçün vacib məkandır - ŞƏRH
WUF13-ün nəticələri: Azərbaycan strateji məsələlərlə bağlı dünya birliyini bir araya gətirdi