28 may 2026 19:12
95

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

“İki sahil” xəbər verir ki, bu ifadələr Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) 28 May-Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.

“Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, eləcə də ölkəmizə humanitar yardımını yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizdə və bütün sahələrdə əməkdaşlığımızda davamlı müsbət impulsların olmasını səbirsizliklə gözləyirik”, - deyə Ukrayna XİN-in məlumatında deyilir.