Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, türk siyasətçinin sosial media paylaşımında iki qardaş xalqın “güc mənbəyi” olan ortaq tarixi əlaqələr və mədəniyyət vurğulanıb.
Türkiyənin vitse-prezidenti təbrik mesajında bildirib: “Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq hər gün daha da güclənir, sülhə, sabitliyə və regionun ortaq gələcəyinə töhfə verir. “Bir millət, iki dövlət” prinsipi ilə səciyyələndirilən ölkələrimiz arasındakı həmrəyliyin əbədi olmasını arzulayıram. Belə bir əlamətdar gündə mən də azərbaycanlı qardaş və bacılarımı mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, dost və qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram”.
Aynı tarihten, aynı medeniyetten ve aynı gönül bağından güç aldığımız kardeş Azerbaycan’ın 28 Mayıs Bağımsızlık Günü’nü kutluyorum.
— Cevdet Yılmaz (@_cevdetyilmaz) May 28, 2026
Azerbaycan ile Türkiye arasındaki sarsılmaz kardeşlik, bölgemizin huzuru, istikrarı ve ortak geleceği adına her geçen gün daha da güçlenmektedir.… pic.twitter.com/75zso2HfJX
Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb
Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq