29 may 2026 11:06
132

Neft ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1.73 ABŞ dolları və ya 1.7% azalaraq 100.57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.3 ABŞ dolları olub.