30 may 2026 16:14
108

Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı iki fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların Avropa İttifaqının (Aİ) qərarları ilə sinxronlaşdırılmasına dair qərarı qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirib.

"20-ci paket çərçivəsində Avropa İttifaqı sanksiyalarının sinxronlaşdırılması 120 şəxs və təşkilatı əhatə edir və Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəlmiş iqtisadi sanksiyalar tətbiq edir. Onların bir hissəsi artıq Ukraynanın sanksiyaları altındadır. Bugünkü qərar Rusiyanın daha 16 vətəndaşına və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan, Özbəkistandan olan 31 şirkətə aiddir", – məlumatda deyilir.

Bu, həmçinin Rusiyanın nəzarəti altında olan əraziləri də əhatə edir.