Nisbətən məhdud investisiyalar ilə TANAP boru kəmərinin ötürücülük qabiliyyətini artırmaq mümkündür.
“İki sahil” xəbər verir ki, bunu “Baku Energy Week”dəki çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“TANAP hələ də tam gücü ilə istifadə olunmur və nisbətən məhdud investisiyalarla onun ötürücülük qabiliyyətini artırmaq mümkündür”, - deyə o vurğulayıb.
Nazir Azərbaycanla Türkiyənin enerji sahəsində nümunəvi əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkə həm öz enerji təchizatı təhlükəsizliyinə, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Britaniya 2050-ci ilə qədər iqlim məsələsində xalis sıfıra nail olmaq məqsədilə Azərbaycanla işləməyə sadiqdir
BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək
Azərbaycan və Tatarıstan Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər