01 iyun 2026 15:48
105

Hikmət Abdullayev: Metan emissiyalarının azaldılmasına istiqamətində genişmiqyaslı işlər həyata keçirilir

Hazırda metan emissiyalarının azaldılması üçün bir sıra alətlər və metodologiyalar müəyyən etmişik. Bu metodologiyaların tətbiqi yalnız müasir texnologiyaların köməyi ilə mümkündür. Bu baxımdan neft-qaz sənayesinə texnoloji həllər təqdim edən şirkətlərin rolu böyük olur.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, SOCAR metan emissiyalarının idarə olunması və azaldılması məsələsini bu sahədə əsas hədəf kimi müəyyənləşdirib və son illərdə bu istiqamətə xüsusi diqqət yetirir.

“Şirkət üçün hazırkı mərhələdə əsas diqqət mövcud texnologiyalardan istifadə etməklə metan emissiyalarının azaldılmasına yönəlib və bu istiqamətdə artıq genişmiqyaslı işlər həyata keçirilir. İstənilən texnologiyanın tətbiqindən əvvəl emissiyalarla bağlı məlumatların keyfiyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır”, - deyə Hikmət Abdullayev qeyd edib.