2022-2025-ci illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İndoneziyaya təxminən 2,5 milyon ton Azərbaycan xam nefti tədarük edib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov D-8 üzv dövlətlərinin enerji nazirlərinin I görüşündə bildirib.
Onun sözlərinə görə, bundan başqa, Banqladeşlə əməkdaşlıq, xüsusilə artan enerji tələbatı nəzərə alınmaqla, mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı və enerji infrastrukturu sahəsində perspektivli sahə hesab olunur: "SOCAR və "Petro-Bangla" arasında LNG təchizatı danışıqları yekunlaşıb. Malayziyanın enerji sektorundakı geniş təcrübəsi və qabaqcıl texnoloji imkanları qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi üçün vacib baza təşkil edir".
Nazir qeyd edib ki, Afrikada ən böyük qaz ehtiyatlarına malik olan Nigeriya ilə əməkdaşlıq enerji bazarlarında koordinasiyanın gücləndirilməsi və yeni investisiya imkanlarının yaradılması üçün əhəmiyyətli perspektivlər açır: "Beləliklə, ümumi dini və mədəni dəyərləri paylaşan və üç qitəni əhatə edən D-8 platforması enerji təhlükəsizliyi, enerji keçidi və enerji bağlantısı sahəsində əməkdaşlığın genişləndirilməsinə yol açır".
Nazir əlavə edib ki, Azərbaycandan Misirə 1,3 milyon tondan çox LNG tədarük edilib: "Azərbaycanın Misir ilə enerji sahəsinsə dialoqu son illərdə yeni mərhələyə daxil olub. SOCAR Trading" və EGPC arasında ötən il imzalanmış üçillik LNG təchizatı müqaviləsi çərçivəsində Misirə 1,3 milyon tondan çox LNG tədarük edilib. Neft, neft məhsulları və LNG ticarətini, eləcə də hasilat, kəşfiyyat, emal və insan kapitalının inkişafı sahəsində əməkdaşlığı əhatə edən yeni müqavilə enerji tərəfdaşlığımızı daha da gücləndirib".
Britaniya 2050-ci ilə qədər iqlim məsələsində xalis sıfıra nail olmaq məqsədilə Azərbaycanla işləməyə sadiqdir
BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək
Azərbaycan və Tatarıstan Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər