02 iyun 2026 16:07
134

Azərbaycan-Böyük Britaniya enerji  tərəfdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla  Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı David Reedin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

“İki sahil” xəbər verir ki, görüşdə uzunmüddətli uğurlu enerji əməkdaşlığının, xüsusilə bp şirkətinin iştirakı ilə neft-qaz sahəsində həyata keçirilən “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi və digər enerji infrastrukturu layihələrinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd edilib. Şirkətlə yeni layihələrlə əməkdaşlığın genişləndiyi, həmçinin Cəbrayılda inşa edilən günəş elektrik stansiyasının neft-qaz terminalının dekarbonizasiyasına töhfə verəcəyi bildirilib.

Görüşdə dənizdə külək enerjisi, günəş enerjisi və elektrik interkonnektorları üzrə layihələrin genişləndirilməsi imkanları müzakirə edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl  Enerji Dəhlizi”, eləcə də Türkiyə, Bolqarıstan və digər region ölkələri ilə elektrik enerjisi bağlantılarının strateji əhəmiyyəti vurğulanıb. Həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri də nəzərdən keçirilib.