03 iyun 2026 20:23
87

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb.

“İki sahil”in "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 11,42 faiz bəndi çoxdur.

Hesabat dövründə botların bazar payı aylıq ifadədə 59 % azalaraq 7,86 % təşkil edib. Son iki ayda azalma ümumilikdə 72 % olub.

Mayda qlobal internet trafikinin 83,4 %-i insanların, 16,6 %-i isə botların payına düşüb.