07 iyun 2026 10:06
79

Çin ordusu bu ölkədə xüsusi əməliyyata başladı

Çin Tayvanın şərqindəki akvatoriyada xüsusi dəniz əməliyyatına başladığını elan edib.

“İki sahil” xəbər verir ki, məlumata görə, bu tədbirlər Yaponiya və Filippin arasında qeyd olunan regionda dəniz sərhədləri ilə bağlı məsləhətləşmələrin başlamasına reaksiya olub.

"Çinin Nəqliyyat Nazirliyi Tayvan adasının şərqindəki sularda dəniz gəmiçiliyi qaydalarına əməl olunmasını təmin etmək üzrə xüsusi əməliyyatın keçirilməsini təşkil edib... Bu, Yaponiya və Filippinin "dəniz sərhədinin delimitasiyası üzrə danışıqların" başlanması haqqında birtərəfli bəyanatına cavab olaraq atılan zəruri addımdır", - rəsmi bəyanatda qeyd edilib.

Sənəddə bildirilib ki, iki ölkə arasındakı sözügedən danışıqlar Çinin ərazi suverenliyinin, eləcə də dəniz hüquqları və maraqlarının pozulmasıdır.