07 iyun 2026 21:33
106

Ermənistanda parlament seçkiləri keçirilib

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçki hüququna malik vətəndaşların 48,9 faizi səsvermədə iştirak edib. Belə ki, 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957 nəfər öz səsini verib.

Bu göstərici beş il əvvəl keçirilmiş parlament seçkiləri ilə müqayisədə 11 faiz daha yüksək seçici fəallığı deməkdir.

Seçkilərdə 18 siyasi qüvvə - 16 partiya və 2 blok mübarizə aparıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4 faiz, bloklar isə tərkibindən asılı olaraq 8 faizədək (iki partiyaya qədər) və ya 10 faizdən (ikidən çox partiya) çox səs toplamalıdır. Seçici fəallığı ilə bağlı minimum iştirak həddi müəyyən edilməyib.

Səsvermə prosesini 647 beynəlxalq müşahidəçi izləyib. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) 328, MDB-dən isə 120 müşahidəçi yer alıb. Bundan əlavə, 13 yerli vətəndaş nəzarət təşkilatını təmsil edən 2600-dən çox müşahidəçi də seçkiləri izləyib.

Seçkilərin işıqlandırılması üçün akkreditasiyadan keçmək məqsədilə 181 xarici və 71 yerli media qurumu müraciət edib.