08 iyun 2026 12:18
78

Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir

Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir.

“İki sahil” xəbər verir ki, bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə psixi fəaliyyətə ciddi yanaşılmır: "Bu gün psixi sağlamlıq məsələləri aktuallaşıb. Çünki uşaq və yeniyetmələrin psixi sağlamlıq məsələləri gündəmdədir. Psixi xəstəliklərin təsnifi 20 il əvvəl narkotik, alkoloqla bağlı idisə, bu gün interdən asılılıq ön plandadır".

G.Gəraybəyli qeyd edib ki, bu gün sosial autizləşmə termini də yaranıb: "Bunun səbəbi uzun saat və günlərlə sosial şəbəkələrdə vaxt keçirməkdir. Kompüter oyunları uşaqların psixologiyasına ciddi təsir edir. Qanunvericilikdə sosial şəbəkələrlə bağlı qoyulan qadağanı əvəz edən alternativ də tapılmadır".