08 iyun 2026 16:38
139

Türkiyə və Gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib - Ceyhun Bayramov

Azərbaycan, Türkiyə, Gürcüstan XİN başçıları üç ölkə arasında yeni layihələri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üç ölkə arasında hazırda həyata keçirilən layihələrin cari vəziyyətini müzakirə olunub: "Hazırkı dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi apardıq. Ortaq çağırışlar nəzərə alındı".

Nazir qeyd edib ki, beynəlxalq və region səviyyədə olan münaqişələr, artan gərginlik fonunda bölgəmiz neqativ tendensiyalardan kənar qalması real deyil.

Onun sözlərinə görə, bunun nəticələri görünür: "Ona görə də üç ölkə bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır".